...

ASDP konfranslarına start verib

Siyasət Materials 19 Yanvar 2006 12:26 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) şəhər və rayon təşkilatlarını yenidən formalaşdırmaqla bağlı yerlərdə konfrasların keçirilməsi prosesinə start verib. Bu barədə Trend ə ASDP-nin katibi Tofiq Əhmədov bildirib.

T.Əhmədov bildirib ki, artıq Bakının 8 rayonunda konfrans keçirilib: "Bəzi təşkilatlarda struktur dəyişiklikləri aparılıb. Fevralda isə ətraf rayonlarda tədbirlər keçirməyi planlaşdırmışıq".

ASDP katibi onu da qeyd edib ki, partiyanın həmsədri Araz Əlizadə 2006-cı il mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib: "Araz Əlizadə yanvarın sonlarında "Sosintern"in Afinada keçiriləcək konfransından qayıtdıqdan sonra namizədliyini verəcəyi seçki dairəsi barədə açıqlama verəcək".

Xəbər lenti

Xəbər lenti