...

Hüquqşünasların Seçki Bloku təkrar parlament seçkisində iştirak etməyəcək

Siyasət Materials 19 Yanvar 2006 13:43 (UTC +04:00)

"Hüquqşünasların Seçki Bloku" 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak etməyəcək. Bu barədə Trend ə blokun həmtəsisçisi İntiqam Əliyev məlumat verib.

O bildirib ki, buna baxmayaraq Hüquqşünasların Seçki Bloku hazırda fəaliyyətini davam etdirir. Blok 6 noyabr parlament seçkilərinin nəticələri ilə bağlı gedən məhkəmə prosesləri və həmçinin, seçki qanunvericiliyinin təkmilləşdirilməsi işləriylə məşğuldur. Hüquqşünaslar bloku proporsional seçki sisteminin bərpası üçün referendum keçirilməsi məsələsini də müzakirəyə çıxaracaq. İntiqam Əliyev qeyd edib ki, sonuncu parlament seçkisində tətbiq olunan mojaritar sistemdə proporsional sistemin çoxsaylı elementləri var idi. Buna görə də ölkədə proporsional qaydada seçki keçirilməsi tətbiq oluna bilər.

Xəbər lenti

Xəbər lenti