...

Əli Əliyev: "Yetərsay olmasa, qurultay yanvarın 22-də keçiriləcək"

Siyasət Materials 19 Yanvar 2006 13:48 (UTC +04:00)

"Qurultay nümayəndələrinin sayında yetərsay olmasa, AMİP-in qurultayı yanvarın 22-ə keçirilə bilər". Bu barədə Trend ə AMİP sədri Əli Əliyev bildirib.

Qeyd edək ki, Ə.Əliyevin rəhbərlik etdiyi AMİP yanvarın 21-də qurultay keçirməyi planlaşdırıb.

Ə.Əliyev onu da bildirib ki, yanvarın 21-də qurultay nümayəndələri Bakıya dəvət olunacaq: "Nümayəndələrin sayı 190-dan artıq olarsa, qurultay keçiriləcək, olmazsa əlavə tədbirlər görülüb qurultayın vaxtını bir gün irəli çəkəcəyik". Partiya sədri qurultaya hazırlıqla bağlı Mərkəzi Aparatın nümayəndələrinin rayonlara ezam edildiyini də vurğulayıb.

Qurultayın harada keçiriləcəyi isə hələlik müəyyənləşdirilməyib. Ə.Əliyev keçirəcəyi qurultaya müxalifət partiyalarının hamısını dəvət edəcəklərini deyib.

Xəbər lenti

Xəbər lenti