...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı yürüş keçirib

Siyasət Materials 19 Yanvar 2006 15:06 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı yanvarın 19-da saat 14.00-da Əzizbəyov heykəlinin qarşısından Şəhidlər Xiyabanına qədər yürüş edib. Bu barədə Trend ə adıçəkilən hərəkatın təsisçisi Fərhad Məmmədov bildirib.

Qeyd edək ki, yürüş 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.

F.Məmmədov bildirib ki, yürüşdə 300 gənc iştirak edib: "Yürüşümüzə polislər heç bir müdaxilə etməyiblər. Hətta bizə yardımçı olub şəhidlərin xatirəsinə həsr olunan çap materiallarını maşınlara yüklədilər".

Yürüş başa çatdıqdan sonra adıçəkilən hərəkat qanlı 20 Yanvar faciəsi ilə bağıl şəhidlərin xatirəsinə həsr olunan on min ədəd təqvimi Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı və paytaxt Bakının bütün rayonlarında, həmçinin 30 ümumtəhsil məktəbində ictimaiyyətə paylayacaq.

Xəbər lenti

Xəbər lenti