...

Rusiyanın müdafiə naziri yanvarın 23-25-də Azərbaycana səfərə gələcək

Siyasət Materials 19 Yanvar 2006 17:02 (UTC +04:00)
Rusiyanın müdafiə naziri yanvarın 23-25-də Azərbaycana səfərə gələcək

Rusiya Federasiyasının müdafiə naziri, RF baş nazirinin müavini Sergey İvanov yanvarın 23-25-də Azərbaycana səfərə gələcək. Bu barədə Trend ə Rusiya müdafiə nazirliyinin mətbuat xidmətində bildirilib.

Mətbuat xidmətində qeyd olunub ki, səfər proqramı hələlik təsdiq olunmayıb, amma yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 25-də İrəvana ikigünlük səfər edəcək. Səfər zamanı Rusiya nümayəndə heyətinin Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Andranik Markaryan və müdafiə naziri Serj Sarkisyanla görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti