...

Asiya İnkişaf bankının rəhbəri Gəncədə olub

Siyasət Materials 19 Yanvar 2006 17:19 (UTC +04:00)

Asiya İnkişaf bankının rəhbəri Metyu Vestfol bu gün Gəncədə olub. Əvvəlcə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşən rəsmi qonaq regionda həyata keçirilən bank tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti ilə bağlı bir çox məsələləri müzakirə edib.

Sonra bank rəhbəri İqtisadi İnkişaf nazirliyinin YAİİDP Katibliyi, Asiya İnkişaf bankı və BMT İnkişaf proqramı Şəhərlər Alyansı proqramının maliyyə dəstəyilə "Azərbaycanda şəhərlər və regional inkişaf strategiyaları" layihəsinin icrası ilə bağlı Gəncədə keçirilən tədbirə qatılıb.

Qeyd edək ki, bank tərəfindən ümumilikdə sözü gedən layihəyə 40 milyon dollar vəsait ayrılıb. Bunun 500 min dolları texniki yardım üçün, 10 min dolları isə qaçqınlara ayrılacaq. Bundan başqa Yevlax-Gəncə, Qazax-Gürcüstan yolunun təmiri və bərpası üçün də vəsait ayrılacaq. Metyu Vestvol regionda qeyri-neft sektorunun inkişaf etdirilməsinə yardımın göstəriləcəyini də bildirib. Asiya İnkişaf bankının rəhbəri, həmçinin, Gəncənin su təchizatının yaxşılaşdırılması sahəsində də layihələrin işlənilməsində maraqlı olduqlarını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti