...

Azərbaycan Prezidenti ABŞ Avropa komandanliğının komandan müavinini qəbul edib

Siyasət Materials 19 Yanvar 2006 17:26 (UTC +04:00)
Azərbaycan Prezidenti ABŞ Avropa komandanliğının komandan müavinini qəbul edib

Azərbaycan Prezidenti Ilham Əliyev yanvarın 19-da ABŞ Avropa komandanliğının komandan müavini general Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüş zamanı dövlət başçısı nümayəndə heyətinin Azərbaycanda bir sıra səmərəli görüşlər keçirdiyi barədə məlumatı olduğunu qeyd edib. O, bu səfərin ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

General Çarlz Uold isə öz növbəsində, Azərbaycanda hərbi sahədə əldə edilmiş nailiyyətlərin, habelə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin fəaliyyətinin nümayəndə heyətində böyük təəssürat yaratdığını bildirib və Agentlik tərəfindən həyata keçirilən işlərin digər ölkələr üçün yaxşı nümunə olduğunu vurğulayıb.

General Çarlz Uold Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Xəbər lenti

Xəbər lenti