...

Qeyri Hökumət Təşkilatları 20 yanvar faciəsinin yenidən araşdırılmasını təklif ediblər

Siyasət Materials 19 Yanvar 2006 18:11 (UTC +04:00)

20 Yanvar faciəsinin 16-cı ildönümü ilə bağlı yanvarın 19-da Azərbaycan Naminə Hərəkatın qərargahında qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa keçirilib. Trend xəbər verir ki, tədbirdə faciənin şahidləri çıxışlar ediblər.

"Qarabağ Harayı" Cəmiyyətinin sədri Aygün İbrahimova, "Azəri" Birliyinin sədri Xoşqədəm Cəbrayıloğlu çıxışlar edərək faciəni törədən səbəblər barədə danışıblar. X.Cəbrayıloğlu bildirib ki, yanvarın 19-dan 20-ə keçən gecə 170 dinc insan güllələnib. Daha sonra əlindəki sənədlərə istinadən X.Cəbrayıloğlu həmin gecə xəstəxanadan yaralıların oğurlandığını və onların sonrakı taleyi ilə bağlı hələ də heç bir məlumat olmadığını bildirib.

Ziyalılar Birliyinin sədr müavini Əli Kərimbəyli qeyd edib ki, 20 yanvarda Bakıda türk soyqırımı keçirilib. Tədbirin sonunda dəyirmi masa iştirakçıları qərara alıblar ki, faciəni araşdırıb həqiqətləri üzə çıxarmaqdan ötrü yeni komissiya yaradılsın, faciənin törədilməsində məsuliyyət daşıyan keçmiş SSRİ-nin rəhbəri olan Qorbaçovun indiki fondundan kompensasiya ayrılsın və 1990-cı illərin arxivləri yenidən açılsın.

Xəbər lenti

Xəbər lenti