...

Azərbaycan prezidenti 20 yanvar şəhidlərinin ailələri üçün prezident təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 19 Yanvar 2006 20:57 (UTC +04:00)

Trend bildirir ki, yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyev 1990-cı ilin 20 yanvarında şəhid olmuş şəxslərin ailələri üçün prezident təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan Respublikasının azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhid ailələrinə sosial müdafiənin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə ayda 300 (üç yüz) AZN məbləğində təqaüd təsis edilir.

Təqaüdlərin verilməsi və bunun 1990-cı ilin 20 yanvarında həlak olmuş hər bir şəhidin ailə üzvlərinə bərabər bölünməsi əmək və əhalinin sosial müdafiəsi Nazirliyinə tapşırılıb.

Fərman 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti