...

Azərbaycan prezidenti 95 nəfəri əfv etdi

Siyasət Materials 20 Yanvar 2006 11:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Azadliqdan məhrum etmə və azadliğin məhdudlaşdirilmasi cəzalarina məhkum edilmiş bir sira şəxslərin əfv olunmasi haqqinda" fərman imzalayıb. Bu barədə Trend məlumat verib.

Sənəddə bildirilir ki, humanizm və ədalət prinsiplərinə əsaslanan siyasəti davam etdirərək, insan haqlarına və azadlıqlarına hörmət və ehtiram ifadə edərək bir sıra mühakimə olunan şəxslərin, onların ailə üzvlərinin Azərbaycan prezidentinə ünvanladıqları müraciətinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini və azad cəmiyyətə qovuşacaqlarını arzulayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci maddəsini rəhbər tutaraq azadlıqdan məhrum edilmiş 90 nəfərin cəzasının çəkilməmiş müddətindən azad edilməsini qərara alıb.

Fərmanda həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 5 nəfərin cəzasının çəkilməmiş müddətindən azad ediləsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti