...

Dövlət Statistika Komitəsi UNİCEF-in hesablamalarının qeyri-dəqiqliyini sübut etmək niyyətindədir

Siyasət Materials 21 Yanvar 2006 14:54 (UTC +04:00)
Dövlət Statistika Komitəsi UNİCEF-in hesablamalarının qeyri-dəqiqliyini sübut etmək niyyətindədir

2006-cı ilin ortalarında Dövlət Statistika komitəsi Amerikanın "Makro" qeyri-hökumət təşkilatının köməyi ilə Azərbaycanda demoqrafik sosial statistik araşdırmaların aparılmasına başlayacaq. Komitə sədri Arif Vəliyevin Trend ə verdiyi məlumata əsasən, bu tədqiqatlar respublikanın bütün regionlarını əhatə edəcək ki, buna da böyük məbləğdə vəsait tələb olunur. Yaxın vaxtlarda QHT ekspertlərinin Bayıya səfəri planlaşdırılır.

Tədqiqatlar uşaqların doğum və ölüm sayı, o cümlədən inkişafına (təhsil, sağlamlıq, həyat şəraiti) dair məlumatları əhatə edir.

Azərbaycanda analoji tədqiqatlar 2003-cü ildə UNİCEF tərəfindən aparlıb. Nəticələrə əsasən, ölüm göstəricisi DSK-nın rəsmi məlumatlarına nisbətən 4 dəfə artıq göstərilib. Nəticədə Azərbaycan insan inkişafının səviyyəsinə görə 85-ci yerdn 101-ci yerə enib. DSK-nın hesablamalarına görə, orta davamlılıq 72,5 il, UNİCEF-in hesablamalarına görə isə 66 il təşkil edir. Yeni tədqiqatın aparılmasında əsas məqsəd DSK ekspertlərinin iştirakı olmadan monitorinq keçirmiş UNİCEF-in hesablamalarının qeyri-dəqiqliyini sübut etməkdir. UNİCEF-in məlumatına görə, 1 000 nəfərə 80, statistik göstərici üzrə isə 20 ölüm halı qeydə alınıb.

Amerikanın qeyri-hökumət təşkilatı Azərbaycan tərəfinin dəvəti ilə tədqiqat aparır.

Xəbər lenti

Xəbər lenti