...

Mixail Saakaşvili qaz və enerji xətlərində baş vermiş qəzalarla bağlı göstərilən göməyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Siyasət Materials 23 Yanvar 2006 11:29 (UTC +04:00)

Trend in Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verdiyi kimi, yanvarın 22-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gürcüstan prezidenti Rusiyadan Gürcüstana gedən qaz və enerji xətlərində baş vermiş qəzalarla bağlı Azərbaycanın göstərdiyi köməyə görə dərin təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığı ilə Gürcüstana dərhal enerji və qazın verilməsi təmin olunub.

İlham Əliyev dost və qardaş xalqlarımızın və ölkələrimizin bundan sonra da bir-birinə dəstək olacağına əminliyini vurğulayıb.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi sahələri, o cümlədən enerji sektorknda əməkdaşlığın gələcək perspektivləri, həmçinin, qarşılıqlı maraq ifadə edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti