...

Rusiya Federasiyasının müdafiə naziri Sergey İvanovun Bakıda bir sıra rəsmi görüşləri planlaşdırılıb

Siyasət Materials 23 Yanvar 2006 12:54 (UTC +04:00)

Yanvarın 23-də axşam Rusiya Federasiyasının müdafiə naziri Sergey İvanovun Azərbaycana rəsmi səfəri başlanır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sergey İvanov yanvarın 24-də səhər eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra müdafiə nazirinin general-polkovnik Səfər Əbiyev, baş nazir Artur Rasizadə, günün ikinci yarısında isə prezident İlham Əliyevlə görüşləri planlaşdırılıb.

Yanvarın 25-də S.İvanovun Qəbələyə səfəri nəzərdə tutulub. Bununla da Rusiyanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başa çatacaq və o, Ermənistana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti