...

Ümid Partiyasının sədri Türkiyədə TRT-də Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib

Siyasət Materials 23 Yanvar 2006 13:07 (UTC +04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Türkiyədə Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müavini Ənvər Ağazadə bildirib.

Qeyd edək ki, İ.Ağazadə Azərbaycan Kültür Dərnəyinin dəvəti ilə Türkiyədə səfərdədir.

Ə.Ağazadə bildirib ki, partiyanın sədri adıçəkilən dərnəyin rəhbəri Cəmil Ünalla görüşündə ölkəmizin demokratikləşməsi, Azərbaycanda keçirilmiş parlament seçkiləri və Dağlıq Qarabağ probleminə dair müzakirələr aparıb.

İ.Ağazadə səfər çərçivəsində TRT-də Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib.

Xəbər lenti

Xəbər lenti