...

Azərbaycan neftinin bazarı: həftənin yekunları

Siyasət Materials 23 Yanvar 2006 14:36 (UTC +04:00)
Azərbaycan neftinin bazarı: həftənin yekunları

16-20 yanvar həftəsində Azərbaycanın Hovorossiysk limanına satdığı URAL (EX-NOVO) neftinin orta hesabla qiyməti $59,15/bar. təşkil edib ki, bu da 9-13 yanvar həftəsində olan orta qiymətdən $3,85/bar. azdır.

Trend bildirir ki, URAL neftinin bir barelinin maksimal qiyməti 16-20 yanvar həftəsində $63,46 (20 yanvar) təşkil edib ki, bu da ötən həftə, yanvarın 12-də neftin bu növünə müəyyən edilmiş son qiymət olan $7,07/bar.-dən çoxdur., URAL neftinin bir barelinin minimal qiyməti isə 16-20 yanvar həftəsində $56,91 (16 yanvar) təşkil edib ki, bu da na yanvarın 10-da neftin bu növünə müəyyən edilmiş son qiymət olan $2,34/bar.-dən azdır.

Brent (DTD) neftinin orta hesabla qiyməti 16-20 yanvar həftəsində $62,92/bar. təşkil edib ki, bu da 9-13 yanvar həftəsində olan orta qiymətdən $0,96/bar. çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $65,30 (20 yanvar) təşkil edib ki, bu da ötən həftə yanvarın 12-də neftin bu növünə müəyyən edilmiş son qiymət olan $2,33/bar.-dən çoxdur, Brent neftinin minimal qiyməti isə 16-20 yanvar həftəsində $60,43 (19 yanvar) təşkil edib ki, bu da ötən həftə, yanvarın 11-də neftin bu növünə müəyyən edilmiş minimal qiymət olan $0,34/bar.-dən azdır.

Ötən həftə URAL (EX-NOVO) neftinin bir barelinin orta hesabla qiyməti Brent-ə nisbətən bir barel üçün $3,77/bar. ucuz satılıb ki, bu da 9-13 yanvar həftəsində olan orta göstəricidən $2,89/bar. azdır.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün tərkibi - 1,3% təşkil edir, amma neftin bu növünün satışında onun tərkibində keyfiyyətli neftin az və ya çox olma üstünlüyündən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD-nin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün tərkibi - 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti