...

"Gənclər İnkişaf Naminə" İctimai Birliyinin təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 23 Yanvar 2006 14:58 (UTC +04:00)

Müxtəlif ali təhsil ocaqlarından olan tələbə, məzun və xaricdə təhsil alan gənclərin bir qrupundan ibarət "Gənclər İnkişaf Naminə" İctimai Birliyinin təşəbbüs qrupu yaradılıb. Trend xəbər verir ki, təşkilatı yaratmaqda əsas məqsəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, gənclərin maarifləndirilməsində yaxından iştirak etməkdir.

Təşkilatın yaradılmasında digər məqsəd isə gənclər arasında ayrı-seçkiliyin aradan qaldırılmasına , onlara Milli, irqi, dini, sosial, siyasi və s. mənsubiyyətindən və əqidəsindən aslı olmayaraq bərabə imkanların yaradılmasına, gənclərin cəmiyyətdə inteqrasiyasnıa, cəmiyyətdə gedən proseslərdə birgə səylərin birləşdirilməsinə nail olmaqdır.

Təşkilat öz fəaliyyətini Beynəlxalq Konvensiyalar, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında quracaq.

Xəbər lenti

Xəbər lenti