...

ADP Ali Məclisinin toplantısı fevralın 12-də keçiriləcək

Siyasət Materials 23 Yanvar 2006 15:00 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin toplantısı fevralın 12-də keçiriləcək. Bu barədə Trend ə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

Toplantıda partiya sədrinin müavinlərinin hesabatı, partiyanın gələcək fəaliyyət istiqamətləri və seçkilərlə bağlı nəticələr müzakirə olunacaq.

N.İsmayılov toplantıda partiyanın Ali Məclisinin üzvülüyündən azad edilən Aydın Quliyevlə bağlı heç bir məsələnin müzakirə edilməyəcəyini bildirib.

Partiyanın Ali Məclisinin sədri Akif Şahbazov isə bildirib ki, toplantıda Aydın Quliyevin iştirak edib-etməyəcəyi özündən asılıdır. A.Quliyev isə qeyd edib ki, o, partiyanın Ali Məclinin iclasına qatılıb bir sıra məsələlərə aydınlıq gətirmək niyyətindədir.

Qeyd edək ki, ADP Ali Məclisinin toplantısı yanvarın 21-ə planlaşdırılmışdır.

Xəbər lenti

Xəbər lenti