...

ADP-nin Rəyasət Heyəti Zəminə Dünyamalıyevaya xəbərdarlıq edib

Siyasət Materials 23 Yanvar 2006 15:31 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının (ADP) Rəyasət Heyəti partiyanın Ali Məclisinin üzvü Zəminə Dünyamalıyevaya xəbərdarlıq edib". Bu barədə Trend ə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

Qeyd edək ki, Z.Dünyamalıyeva parlament seçkilərindən sonra yerli mətbuatda "Azadlıq" blokuna daxil olan partiyaların siyasi fəaliyyətini tənqid edən fikirlər söyləyib.

N.İsmayılov onu da bildirib ki, Z.Dünyamalıyeva partiyanın nizamnaməsinə və siyasi kursuna qarşı fikirlər işlətdiyinə görə məsələsi Rəyasət Heyətinin toplantısında müzakirəyə çıxarılmışdır: "Qərara aldıq ki, bundan sonra etik normaları pozan hər bir partiya üzvü cəzalandırılsın". ADP rəsmisi onu da qeyd edib ki, Rəyasət Heyətinin xəbərdarlıqı Z.Dünyamalıyevaya çatdırılıb: "Bundan sonra belə bir addım atılarsa o, mütləq partiya sıralarından xaric ediləcək".

Xəbər lenti

Xəbər lenti