...

Naxçıvan Muxtar Respublikasının bölgələrində sosial obyektlər istifadəyə verilib

Siyasət Materials 23 Yanvar 2006 16:03 (UTC +04:00)

Babək rayonunda üç yeni obyekt - Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binası, "Kapital-bank"-ın rayon filialı və Babək rayon qaz-istismar idarəsinin inzibati binası istifadəyə verilib. Kəngərli rayonunda isə 5 yeni inzibati bina istifadəyə verilib. "Kapital bank"ın rayon filialı, Qaz-İstismar idarəsi, Vergilər şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında işlər başa çatıb və yaxında istifadəyə verilib. Hər bir obyektin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qırmızı lenti kəsərək çıxış edib və əhalini bu münasibətlə təbrik edib.

Xəbər lenti

Xəbər lenti