...

Azərbaycan Yolu Siyasi Hərəkatın İcra Aparatı formalaşdırılacaq

Siyasət Materials 23 Yanvar 2006 16:33 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatının Koordinasiya Şurasının yanvarın 24-də keçiriləcəyi toplantısında hərəkatın İcra Aparatı formalaşdırılacaq. Bu barədə Trend ə adıçəkilən hərəkatın Koordinasiya Şurasının üzvü Taleh Əliyev bildirib.

T.Əliyev bildirib ki, toplantıda struktur dəyişikliyi, yeni təyinatlar və hərəkata yeni üzvlərin qəbul ediləcəyi də təsdiqlənəcək: "Hazırda Koordinasiya Şurasının 35 üzvü var. Daha bir neçə qeyri-hökumət təşkilatının hərəkata üzv olmaqla bağlı müracətinə toplantıda baxılacaq. Çox güman ki, onlar da hərəkata üzv olacaqlar".

T.Əliyev onu da qeyd edib ki, toplantı Azərbaycan Naminə Hərəkatın qərargahında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti