...

"Amal" Ziyalılar Hərəkatı qərargahdan çıxarılıb

Siyasət Materials 23 Yanvar 2006 16:45 (UTC +04:00)

"Amal" Ziyalılar Hərəkatı qərargahdan çıxarıldığı üçün Ali Şurasının toplantılarını keçirə bilmir. Bu barədə Trend ə adıçəkilən hərəkatın rəhbəri Xalid Əlimirzəyev bildirib.

Qeyd edək ki, "Amal" Ziyalılar Hərəkatı qərargah kimi Xan Şuşinski 4 saylı ünvanı icarəyə götürmüşdür: "Ünvanın sahibi xaricdən gəlib bizi oradan çıxartdıqdan sonra qərargah axtarışına çıxmışıq. Qərargah tapandan sonra toplantılarımızı mütəmadi olaraq keçirəcəyik".

X.Əlimirzəyev onu da bildirib ki, Ali Şuranın üzvləri toplantılarını bir neçə dəfə ayrı-ayrı qəzet redaksiyalarında keçiriblər. 2006-cı ilə mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə isə iştirak etməyəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti