...

Bakının avtomobil yollarında avtomatlaşdırılmış sistem quraşdırılacaq

Siyasət Materials 23 Yanvar 2006 16:47 (UTC +04:00)

Bu yaxınlarda Bakının avtomobil yollarında avtomatlaşdırılmış sistem quraşdırılacaq. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdraəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Artıq paytaxtda yol hərəkəti idarəetməsinin avtomatlaşdırılmış sistemə keçməsi üçün lazım olan avadanlığın alınmasına dair İsrailin Orad GROUP şirkəti ilə Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi arasında müqavilə imzalanıb.

Həmin sistemin istehsalçısı Siemens şirkətidir.

Qeyd edək ki, sistemə 100-dən artıq S 800 markalı nəzarət cihazları, monitorinq aparmaq və məlumat ötürmək üçün avadanlıqlar daxildir.

İlkin mərhələdə cihazlar paytaxtın mərkəzi küçələrində quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti