...

Müasir Müsavat Partiyasının sədri ABŞ səfirinin müşaviri ilə görüşüb

Siyasət Materials 23 Yanvar 2006 16:49 (UTC +04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə müşaviri Lora K.Şaybi ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

Görüşdə ölkədə parlament seçkilərindən əvvəlr, seçki zamanı və seçkidən sonrakı ictimai-siyasi vəziyyət əsas müzakirə mövzusu olub. Danışıqlar zamanı Müasir Müsavat Partiyasının Azərbaycan cəmiyyətində mövqeyi, nailiyyətləri ABŞ səfirliyinin maraq dairəsində olduğu bildirilib. Sonra tərəflər Azərbaycanın demokratik inkişaf yolunda əldə etdiyi nailiyyətlərdən danışıblar.

Qərara alınıb ki, Müasir Müsavat Partiyası ilə ABŞ səfirliyi ilə əməkdaşlıq daha da inkişaf etdirilsin.

Xəbər lenti

Xəbər lenti