...

AŞPA-nın qış sessiyasının gündəliyində dəyişikliklər edilib

Siyasət Materials 23 Yanvar 2006 17:02 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyinə bu yaxınlarda Azərbaycanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı məsələ daxil ediləcək. Trend in məlumatına görə, belə bir qərar bu gün AŞPA Bürosunun iclasında qəbul edilib. Bu barədə jurnalistlərə RF Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin rəhbəri, Rusiya nümayəndə heyətinin başçısı Konstatin Kosaçev məlumat verib.

Bu, hər hansı bir sənəd qəbul edilmədən müzakirələr olaracaq.

O bildirib ki, Büroda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin alınması ilə bağlı məsələ üzrə fikir müxtəlifliyi yaranıb.

Xəbər lenti

Xəbər lenti