...

"Azadlıq" bloku liderləri ilə Etibar Məmmədovun soyuq savaşı qızışır

Siyasət Materials 23 Yanvar 2006 17:51 (UTC +04:00)

""Azadlıq" blokunun AMİP-in gegitimliyini tanıyıb-tanınmamasının mənim üçün heç bir əəhmiyyəti yoxdur". Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov jurnalistlərlə görüşündə səsləndirib. O, bildirib ki, Əli Əliyevin qurultay Adı keçirdiyi tədbirdə blok liderlərinin iştirakı və çıxışları başqa bir partiyanın daxili işinə qarışmaqdır. E.Məmmədovun sözlərinə görə, belə cəhdlər həm partiyalararası, həm müxalifət daxili münasibətlərə zərər vurur və bunun mənfi nəticələri yaxın vaxtlarda özünü göstərəcək.

Qeyd edək ki, Əli Əliyevin çağırdığı qurultayda çıxış edən İsa Qəmbər qeyd edib ki, Etibar Məmmədov yenidən AMİP-in daxili işlərinə müdaxilə etməklə siyasətdə istefa mədəniyyətini gözdən salır. E.Məmmədov buna cavab olaraq bildirib ki, İsa Qəmbər özü başqa partiyanın işinə qarışmamaqla siyasi mədəniyyət göstərməlidir: "Əgər onun belə bir mədəniyyəti varsa, hamıya göstərsin. Rəngli qalstuk taxmaqla kimsə demokrat olmur, nə də siyasət mitinqlər keçirməkdən, orada hansı şüarları səsləndirməkdən, mikrofonun hansı tərəfində dayanmaqdan ibarət deyil"-deyə E.Məmmədov vurğulayıb.

AMİP lideri vaxtilə müttəfiq olduğu AXCP sədri Əli Kərimlini də AMİP-də digər tərəfə dəstək verməsinə görə məzəmmət edib. E.Məmmədov onu da bildirib ki, Əli Əliyevin keçirdiyi yığıncaqda "Azadlıq" blokuna daxil olan partiyaların üzvləri iştirak edib və qurultay iştirakçısı kimi səs veriblər. E.Məmmədov "Azadlıq" bloku liderlərinə işarə edərək "AMİP-i parçalamaq və mənimsəmək məqsədlərinə çatmayacaqlarını" dilə gətirib.

Xəbər lenti

Xəbər lenti