...

Ali Məhkəmənin Plenumu yeni tərkibdə fəaliyyət göstərəcək

Siyasət Materials 23 Yanvar 2006 17:58 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tərkibində dəyişikliklər olacaq. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli məlumat verib.

"Yaxın vaxtlardan etibarən Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin sədrindən, onun müavinlərindən, kollegiya sədrlərindən və hakimlərdən ibarət tərkibdə fəaliyyət göstərəcək. İndiyə qədər isə Plenum Ali Məhkəmənin sədri, onun müavinləri, İqtisad və Apellyasiya Məhkəmələrinin sədrləri, həmçinin onların müavinləri, o cümlədən Naxçıvan Respublikası Ali Məhkəməsinin sədrindən ibarət tərkibdə fəaliyyət göstərirdi".

Xəbər lenti

Xəbər lenti