...

Etibar Məmmədov: "Əli Əliyevin daha AMİP adına iddia etməsinin nə hüquqi, nə də mənəvi əsası var"

Siyasət Materials 23 Yanvar 2006 18:00 (UTC +04:00)

"Əli Əliyevin daha AMİP adına iddia etməsinin nə hüquqi, nə də mənəvi əsası var". Trend xəbər verir ki, bu fikirləri yanvarın 23-də mətbuat konfransı keçirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib. O, bildirib ki, yanvarın 22-də Xətai adına Mədəniyyət Sarayında keçirilən qurultayda cizli səsvermə ilə 216 nəfər qurultay iştirakçısından 213-ü bülleten alıb, 210 nəfəri Əli Əliyevə etimadsızlıq göstərib, 2 nəfər bunun əleyhinə səs verib, bir bülleten isə etibarsız sayılıb. Qurultayın qərarına əsasən, partiya sədrini müvəqqəti olaraq Mərkəzi Şuranın sədri Ayaz Rüstəmova, baş katib postu isə Fuad Muxtarova həvalə olunub.

Etibar Məmmədovun sözlərinə görə, Əli Əliyevin keçirdiyi yığıncağı isə qurultay adlandırmaq olmaz: "AMİP iki yerə bölünə bilməz. Çünki 15 il ərzində qurulub yaşadılan partiyanı heç kəs mənimsəyə bilməz. Hazırda AMİP və bu partiyadan kənrada bir qruplaşma var. AMİP-in Nizamnaməsini qəbul etməyənlər, partiyanın seçkili orqanlarının qərarlarına tade olmayanlar gedib başqa partiya yarada bilərlər, lakin AMİP-in adını mənimsəmək cəhdləri nətricə verməyəcək"-deyə E.Məmmədov vurğulayıb.

E.Məmmədov qeyd edib ki, özünün AMİP-in sədrliyinə qayıtmaq fikri yoxdur, aprel ayında keçiriləcək qurultayda isə sədrliyə namizədlər öz proqramları ilə çıxış edəcəklər. E.Məmmədov əlavə edib ki, özü də sədrliyə kiminsə namizədliyini irəli sürə bilər.

Xəbər lenti

Xəbər lenti