...

Liberal Partyasının rəhbəri Norveç səfiri ilə görüşüb

Siyasət Materials 23 Yanvar 2006 18:44 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan və partiyanın İcraiyyə Komitəsinin üzvü Kəmalə İsgəndərova yanvarın 23-də Norveç Krallığının Azərbaycandakı səfiri Steynay Gillə görüşüb. Bu barədə Trend ə ALP-nin İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan məlumat verib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, son parlament seçkilərinin yekunları, seçkidən sonrakı durum, Azərbaycan-Noreç münasibətləri və perspektivləri, ALP-nin lideri Lalə Şövkətin deputat mandatından imtina etməsi, müxalifətdaxili münasibətlər və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti