...

Azərbaycan prezidenti Portuqaliya prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 23 Yanvar 2006 19:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Anibal Kavaku Silvaya Portuqaliya prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərib. Trend in məlumatına görə, təbrikdə Azərbaycanın Portuqaliya ilə əməkdaşlıq və dostluğunun inkişafına böyük əhəmiyyət verdiyi xüsusilə qeyd olunur.

Təbrikdə həmçinin hər iki xalqın mənafeyi naminə ikitərəfli əlaqələrin və münasibətlərin bundan sonra da genişləndiriləcəyi və möhkəmləndiriləcəyinə ümid bildirilir.

Xəbər lenti

Xəbər lenti