...

Azərbaycan prezidenti hərbi qulluqçuların maaşlarını iki dəfə artırıb

Siyasət Materials 24 Yanvar 2006 12:00 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev yanvarın 23-də Azərbaycan Respublikası Müdafiə nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən, hərbi qulluqçuların hərbi rutbəyə görə maaşları 2006-cı il yanvarın 1-dən 2 dəfə artırılıb. Bu sərəncamdan irəli gələn maliyyələşdirmə məsələləri 2006-cı il dövlət büdcəsi çərçivəsində həyata keçirilir.

Nazirlər Kabinetinə hərbi qulluqçuların maaşlarını hərbi rütbəyə görə təsdiq etmək tapşırılır.

Müdafiə nazirliyinə hərbi qulluqçuların aylıq maaşlarının artırılması barədə təkliflərini 2 ay müddətində prezidentə təqdim etmək, həmçinin, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti