...

Pensiya və müavinətlərin ödənilməsi işi hansı səviyyədə təşkil olunub

Siyasət Materials 24 Yanvar 2006 12:55 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondunda 2005-ci ildə görülmüş işlər üçün yekun iclası keçirilib. Dövlət Sosial Müdaifə Fondunun sədri Rasim Hüseynov görülən işlərlə bağlı məlumat verib. Fond dövlətin strukturu hesab olunur və bunun nəticəsində fondun maddi-texniki bazasının möhkəmləndirilməsi və bir sıra tədbirlər həyata keçirilib. NMR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatı, fondun Babək və Kənqərli rayon şöbələri üçün yeni, müasir standartlara cavab verən inzibati binaları inşa olunub. Eyni zamanda, Muxtar Respublikada əhalinin aztəminatlı təbəqəsi olan pensiaçıların beynəlxalq təcrübəyə əsaslanan sosial müdafiəsini təmin edəcək yeni sığorta- pensiya sisteminin qurulması üçün əlverişli şərait yaradılır.

Həmçinin, mövcud nöqsan və çatışmamazlıqları doğuran səbəblər və onların aradan qaldırılması yollarını iclasda geniş təhlil olunub. Hesabat dövrundə NMR üzrə Dövlət Sosial Müdafyiə Fondunda sığorta edilənlər kimi qeydiyyatda olmayan hüquqi və fiziki şəxsləırin məcburi dövlət sosial sığortası üzrə qeydiyyata alınması tam təmin edilməyib. Mülkiyyətdə kənd təsərrüfatına yararlı torpaq sahələri olan fiziki şəxslərin, eləcə də hüquqi şəxslərin Məcburi dövlət sosial sığortası üzrə qeydiyyatdan yayınması halların təsadüf edilir, fondun şəhər və rayon şöbələrində pensiya və müavinətlərin təyinatında və ödənişində bəzi nöqsanlara yol verilib. İclasda NMR ali Məclisinin aparıtının hümanitar,siyasət, sosial, mədəni və ictimai təşkilatlarlla əlaqələr şöbəsinin müdiri Nuraləm İbrahimov çıxış edib və cari ildə görüləcək işlərdən danışıb.

Xəbər lenti

Xəbər lenti