...

Əli Əliyev AMİP-in qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib

Siyasət Materials 24 Yanvar 2006 13:33 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev partiyanın yenidən qeydiyyata alınması ilə bağlı yanvarın 24-də Ədliyyə Nazirliyinə şifahi müraciət edib. Bu barədə Trend ə Əli Əliyev açıqlama verib.

O bildirib ki, AMİP-in yanvarın 22-də keçirilən qurultayından sonra Ədliyyə Nazirliyinə çoxsaylı sənədlər təqdim olunmalıdır. Buna görə də şifahi müraciətlə sənədlərin hansı formada təqdim edilməsi aydınlaşdırılır. Əli Əliyevin sözlərinə görə, hazırda partiyanın qeydiyyatı üçün tələb edilən sənədlər, həmçinin, qurultayda qəbul olunmuş qərarların nüsxəsi, AMİP-in Nizamnaməsinə edilən əlavə və dəyişikliklər, qurultayın protokolu və digər sənədlər toplanır və Ədliyyə Nazirliyinə müvafiq formada verilməsi üçün hazırlanır.

İki yerə bölünmüş AMİP-in adına hansı tərəfin haqlı olaraq iddia etməsinə gəldikdə, Əli Əliyev deyib ki, ad məsələsində tərəflər arasında mübahisə aparılmasına ehtiyac yoxdur: "Ədliyyə Nazirliyi sənədlərə baxıb araşdırma aparsın və özü qərar versin", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti