...

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevral ayında regiona səfər edəcəklər

Siyasət Materials 24 Yanvar 2006 14:00 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri fevral ayında regiona səfər edəcəklər

ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri fevralın əvvəllərində Dağlıq Qarabağ münaqişəsi regionuna qısamüddətli səfər etmək niyyətindədirlər. Bu barədə Trend ə MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov eksklyuziv məlumat verib.

"Səfər çox qısa, yalnız prezidentlərin görüşü üçün olacaq", - deyə diplomat qeyd edib və səfərin Azərbaycan və Ermənistan prezidentlərinin fevral ayında nəzərdə tutulan növbəti məsləhətləşmələrinə hazırlıq məqsədli daşıdığını bildirib. Y.Merzlyakov münaqişə tərəflərilə səfər tarixinin razılaşdırılmadığına əsaslanaraq həmsədrlərin səfərinin dəqiq tarixini açıqlamayıb.

Rusiyalı vasitəçi prezidentlərin fevral görüşündə hər hansı bir sənədin imzalanmasını real hesab etmir. "Mən düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Əvvəlcə nizamlama prinsipləri üzrə məsələlərlə bağlı razılaşmaya nail olmaq lazımdır", - deyə sonda bildirib.

Y.Merzlyakov yanvarın 18-19-da Londonda Ermənistan və Azərbaycan XİN rəhbərlərinin və həmsədrlərin məsləhətləşmələrin müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti