...

Azərbaycan Sosial Demokrat Partiyasının rəhbərləri yanvarın 29-da Moskvaya yola düşəcək

Siyasət Materials 24 Yanvar 2006 14:14 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə və partiyanın qadınlar təşkilatının sədri Rəna Cavadova yanvarın 29-da Moskvaya yola düşəcək. Bu barədə Trend ə ASDP katibi Tofiq Əhmədov bildirib.

T.Əhmədov bildirib ki, məqsəd "Sosintern"in yanvarın 30-31-də Afinada keçiriləcək növbəti toplantısında iştirak etməkdir: "Araz bəylə Rəna xanım Moskvada partiyanın digər həmsədri Ayaz Mütəllibovla görüşüb elə həmin gün Afinaya yola düşəcəklər". T.Əhmədov partiya rəhbərlərinin vətənə nə vaxt dönəcəkləri barədə məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, "Sosinter"nin toplantısında yeni sədrin seçilməsi məsələsi müzakirə ediləcək. Adıçəkilən təşkilatın hazırkı sədri Portuqaliyanın sabiq baş naziri Antonio Qutyerresdir.

Xəbər lenti

Xəbər lenti