...

Azadlıq Partiyası yeni mərkəz yaratmaq təşəbbüsü ilə çıxış edib

Siyasət Materials 24 Yanvar 2006 14:42 (UTC +04:00)

Azadlıq Partiyası yeni mərkəz yaratmaq niyyətindədir. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Əhməd Oruc bildirib.

Mərkəzin fəaliyyət prinsipi Azərbaycanda dünəvi cəmiyyətin yaradılması istiqamətində qurulacaq: "Öncə Yaşıllar partiyası ilə bu barədə razılaşma əldə etmişik. Daha sonra gələcəkdə yaradacağımız mərkəzə bir neçə qeyri-hökumət təşkilatları və tanınmış ziyalıları də cəlb etmək istəyirik".

Ə.Oruc onu da bildirib ki, mərkəzin adı ya "Üstün cəmiyyət uğrunda", ya da "Üstün dəyərlər uğrunda" adlana bilər: "Bu mərkəzin ilkin adlarıdır. Yaxın 15-20 gün ərzində mərkəzin yaradılması ilə bağlı cəmiyyətə geniş məlumat veriləcək".

Xəbər lenti

Xəbər lenti