...

Azərbaycan prezidenti bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 24 Yanvar 2006 15:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "İnsan alverinə qarşı mübarizə haqqında" azərbaycan respublikası qanununun tətbiqi ilə əlaqədar azərbaycan respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb.

Trend in verdiyi məlumata görə, Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Müəyyən edilsin ki, "Ölkədən getmək, Ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin beşinci hissəsinin üküncü cümləsində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

Dövlət başçısı digər sərəncamla "Notariat haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli fərmanına əlavələr və dəyişikliklər edib.

Xəbər lenti

Xəbər lenti