...

ABŞ "quş qripi"nin Azərbaycana yayılması ilə mübarizə istiqamətində görülən işlərin səviyyəsindən razıdır

Siyasət Materials 24 Yanvar 2006 15:50 (UTC +04:00)
ABŞ "quş qripi"nin Azərbaycana yayılması ilə mübarizə istiqamətində görülən işlərin səviyyəsindən razıdır

ABŞ mütəxəssisləri Azərbaycanda "quş qripi" ilə mübarizə istiqamətində görülən tədbirlərin səviyyəsindən razıdır. Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 24-də Dövlət Baytarlıq Xidmətinin başçısı İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 23-də ABŞ mütəxəssisləri Dövlət Xidmətində tədqiqatların aparılma şəraiti və nəticələri ilə tanış olublar.

"Onlar analizlərin nəticələrindən razı qalıb. Bu nəticələrə əsasən, Azərbaycanda "quş qripi" xəstəliyinin hər hansı əlamətinin olmadığını əminliklə demək olar", - deyə o qeyd edib.

Bundan başqa ABŞ mütəxəssisləri Azərbaycana yardımın göstərilməsi (1500 dəst xüsusi kostyum) haqqında qərar qəbul edib.

ABŞ-ın Bakıdakı səfirliyinin təşəbbüsü ilə Londonda təkrar analizlərin aparılması məsələsinə gəldikdə İ.Həsənov bildirib ki, hazırda bu məsələ gündəlikdədir və qan nümunləri təkrar analiz üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti