...

Vergilər Nazirliyi 1436 ƏDV ödəyicisinin qeydiyyatını ləğv edib

Siyasət Materials 24 Yanvar 2006 16:07 (UTC +04:00)
Vergilər Nazirliyi 1436 ƏDV ödəyicisinin qeydiyyatını ləğv edib

2001-05-ci illər ərzində əlavə dəyər vergisindən (ƏDV) yayınmaların ümumi dövriyyəsi təqribən 17 trln manat təşkil edib. Trend in məlumatına görə, bu barədə yanvarın 24-də ƏDV-nin qeydiyyatı ilə bağlı Vergi Məcəlləsindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında vergilər nazirinin müavini Natiq Əmirov məlumat verib. Onun sözlərinə görə, bu dövriyyə vergilərin məlumat bazasının yardımı ilə aşkar edilib. Nəticədə dövlət büdcəsinə 3,132 trln manatlıq əlavə dəfər vergisi qismində ödənmədən yayınmanın qarşısı alınıb.

N.Əmirovun sözlərinə görə, nazirlik inzibati ehtiyatlardan istifadə etməklə bu illər ərzində pozucularla bağlı ciddi tədbirlər qəbul edib. 2005-ci ildə 281 şirkətə qarşı cinayət işi qaldırıb. Bu zaman dövlət büdcəsinə itkinin yerinin doldurulması üçün 35 mlrd manat vəsait ödənilib.

N.Əmirov bildirib ki, ƏDV-nin ödənilməsindən yayınanların büdcədən gizlənmələrin ümumi dövriyyəsində ümumi çəkisi 90% -i keçir.

Azərbaycanda ƏDV 1992-ci ildən tətbiq olunur. Lakin digər ölkələrdə olduğu kimi Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar ƏDV üzrə hesab faktura tətbiq olunub. Bu o deməkdir ki, bu vergi üzrə qarşılıqlı hesablamalar yalnız təqdim olunan hesab-faktura üzrə həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti