Bu il 13 mayda 10 seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkisində iştirak edən namizədlərin sayı 52 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Namizədliyi təsdiqlənən 52 nəfərdən yanvarın 24-dək 37 nəfəri dairə seçki komissiyalarından imza vərəqələrini götürüblər. 54 nəfər namizəddən siyasi mənsubiyyətinə görə 4 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP), 2 nəfəri Müsavat Partiyasının, 1 nəfəri Ədalət Partiyasının, 1 nəfəri Böyük Azərbaycan Partiyasının üzvüdür, qalanları isə bitərəf namizədlərdir.