...

Dik Marti: Ehtimal ki, Avropa hökumətləri "həbs olunanların" Avropada qeyri-qanuni daşınmasından xəbərdar idilər

Siyasət Materials 24 Yanvar 2006 18:57 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının təhqiqatçısı Dik Marti tərəfindən 24 yanvarda ictimaiyyətə açıqlanan, informasiya memorandumu şəklində hazırlanan müvəqqəti hesabatda deyilir ki, Avropa hökumətləri və ya ən azı onların təhlükəsizlik xidmətləri yüzdən çox həbs olunan şəxslərin Avropada qeyri-qanuni daşınmasından xəbərdar olublar. Bu barədə Trend ə Avropa Şurasının Bakıdakı informasiya ofisindən xəbər veriblər.

ABŞ-ın dövlət rəsmiləri və digərləri tərəfindən edilən bəyanatları şərh edərkən, cənab Marti cəzanın "yerdəyişmə"si sisteminin mövcudluğunu sübut edən və digər mənbələr tərəfindən təsdiq olunan bir sıra aydın dəllilərin olmasını bildirmişdir.

"Faktiki olaraq inkar oluna bilməz ki, Avropada ayrı-arı şəxslərin oğurlanmasına, azadlıqdan məhrum olunmasına və daşınaraq [...] onların cəzadan [...] əzab çəkən dövlətlərə göndərilməsinə dair məlumatlar mövcuddur."

Lakin Marti etiraf etdi ki, bu mərhələdə Rumıniya, Polşa və ya hər hansı bir digər dövlətdə gizli həbsxanaların mövcudluğuna dair rəsmi və danılmaz sübut yoxdur.

Marti həmçinin Eurocontrol, Avropa hava nəqliyyatı agentliyi və Avropa İttifaqının Peyk Mərkəzi tərəfindən Rumıniyanın ərazisinin görüntüləri də olan detallı məlumatların verilməsini alqışladı.

"Biz bu məlumatın əhəmiyyətliliyi və imkanları üzrə sona qədər nə isə söyləmək imkanında olmayacağıq" - deyə Dik Marti qeyd etdi.

Xəbər lenti

Xəbər lenti