...

Elmar Məmmədyarov: "Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir"

Siyasət Materials 25 Yanvar 2006 11:42 (UTC +04:00)

"Rusiya siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycanın əsas tərəfdaşlarından biridir". Trend in Azərbaycan Respublikası Xarici İşlər nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov RF-nin XİN başçısının müavini Qriqori Karasini qəbul edərkən bəyan edib.

Q.Karasin Rusiya ilə Azərbaycan arasında bir çox əlaqələrin son illər ərzində daha da intensivləşdiyini və keyfiyyətcə yeni mərhələyə çıxdığını bildirib. Rusiyada Azərbaycan İlinin uğurla keçirildiyini vurğulayan diplomat Azərbaycanda Rusiya İlinin açılışında Rusiya Prezidenti Iladimir Putinin iştirak edəcəyini söyləyib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər, ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyət, aparılmış islahatlar, Bakı-Tbilisi-Ceyhan neft kəməri, qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlərlə bağlı məlumat verib.

Görüşdə, həmçinin, regionda baş verən proseslər, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar, Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, MDB-nin fəaliyyətinin səmərəliyinin artırılması və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti