...

"Azərbaycan Yolu" Siyasi Hərəkatının İcra Aparatına XAP sədri rəhbərlik edəcək

Siyasət Materials 25 Yanvar 2006 11:51 (UTC +04:00)

"Azərbaycan Yolu" Siyasi Hərəkatının İcra Aparatına Xalq Azadlıq Partiyasının (XAP) sədri Valeh Mirzəyev rəhbərlik edəcək. Bu barədə Trend ə adıçəkilən hərəkatın Koordinasiya Şurasının üzvü Taleh Əliyev bildirib.

Qeyd edək ki, Koordinasiya Şurasının növbəti toplantısında hərəkatın İcra Aparatının formalaşdırılması məsələsi müzakirə edilib. İcra Aparatının 10 nəfərdən ibarət tərkibi müəyyənləşdirilib. T.Əliyev onu da bildirib ki, hərəkata iki qeyri-hökumət təşkilatı da üzv olub.

Onu da qeyd edək ki, XAP sədri V.İbadov eyni zamanda Müsavat Partiyasının sədri İsa Qəmbəri liderlikdən uzaqlaşdıran "Bizim Azərbaycan" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti