...

Azərbaycan prezidenti Avstriyanın dövlətin müdafiəsi və terrorizmlə mübarizə Federal Agentliyinin direktorunu qəbul edib

Siyasət Materials 25 Yanvar 2006 15:11 (UTC +04:00)

Trend , bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 25-də Avstriyanın dövlətin müdafiəsi və terrorizmlə mübarizə Federal Agentliyinin direktoru Qert-Rene Pollini qəbul edib.

Söhbət zamanı dövlət başçısı Azərbaycan ilə Avstriya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Avstriyanın Avropa Birliyinin hazırkı sədri olduğunu qeyd edən İlham Əliyev deyib ki, Azərbaycan AB ilə sıx əməkdaşlıq edir, xüsusilə AB-nin "Yeni qonşuluq siyasəti"ndə fəal iştirak edir.

Prezident qeyd edib ki, bugünkü gündə terrorizmin əhatə etdiyi təhlükə qlobal xarakter daşıyır və Azərbaycan dünyada və xüsusilə regionda sülh və təhlükəsizliyin təmin edilməsində öz xidmətini göstərərək terrorizmlə mübarizədə fəal iştirak edir. İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Avstriya əməkdaşlığı bundan sonra da inkişaf etdiriləcək.

Öz növbəsində, Qert-Rene Poli qeyd edib ki, Azərbaycan terrorizmlə mübarizədə mühüm rol oynayır. O, bu sahədə Bakı ilə əməkdaşlığın Vena üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qert-Rene Poli Azərbaycanın mühüm geostrateji mövqeyə malik olduğunu deyib və qeyd edib ki, respublikanın AB-yə inteqrasiyası üçün çox yaxşı imkanları vardır.

Xəbər lenti

Xəbər lenti