...

Ülviyyə Mahmudova: ÜNS teatrı nəzdində gənclər təşkilatı uşaq evlərindən olan uşaqların rəsmlərinin sərgi-hərracını keçirib

Siyasət Materials 25 Yanvar 2006 15:37 (UTC +04:00)
Ülviyyə Mahmudova: ÜNS teatrı nəzdində gənclər təşkilatı uşaq evlərindən olan uşaqların rəsmlərinin sərgi-hərracını keçirib

ÜNS teatrı nəzdində gənclər təşkilatı uşaq evlərindən olan uşaqların xeyrinə sərgi-hərrac keçirib. Bu barədə Trend ə sərginin təşkilatçısı Ülviyyə Mahmudova bildirib.

Onun sözlərinə görə, Bakıda və xüsusilə, Saray, Maştağa, Əhmədli kimi yaxın qəsəbələrdə yerləşmiş dörd uşaq evindən və Daun xəstəliyinə yoluxmuş uşaqların fəaliyyət göstərdiyi teatr dərnəyindən olan uşaqların işləri nümayiş etdirilib.

"Sərgidə 20 uşağın təxminən 120 rəsmi nümayiş etdirilib. Bütün rəsmlər satışa qoyulub, bunlardan 40 rəsm hərracdan satılıb"-deyə Ü.Mahmudova bildirib. Tədbirin təşkilatçısı həm də bildirib ki, keçirilən hərrac nəticəsində təxminən $10 min toplanıb və bu vəsait uşaq evləri və teatr dərnəkləri arasında bölüşdürüləcək.

Ü.Mahmudova qeyd edib ki, sərginin təşkilində ona Fatimə Baxşıyeva, eləcə də təşkilatın bütün üzvləri kömək edib. O, tədbirin təşkilinə və keçirilməsinə yardım edən "Qız Qalası" rəsm qalereyası rəhbərliyinin xidmətlərini xüsusilə qeyd edib.

Xəbər lenti

Xəbər lenti