...

Müdafiə nazirləri Qəbələdədir

Siyasət Materials 25 Yanvar 2006 16:41 (UTC +04:00)

Yanvarın 25-də, günün birinci yarısı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Rusiyanın müdafiə naziri Sergey İvanov Qəbələyə yola düşüb. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

"Bu saatlarda Sergey İvanov Qəbələ RLS-in fəaliyyəti ilə tanış olur. Axşam saatlarında nazirlər Bakıya dönəcək və bu gecə Sergey İvanov Azərbaycanı tərk edəcək" - deyə İ.Verdiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti