...

Ziyalılar "İslam terroru rədd edir" mövzusunda elmi konfrans keçirəcək

Siyasət Materials 25 Yanvar 2006 16:43 (UTC +04:00)

Azərbaycan Ziyalılar Hərəkatı (AZH) "İslam terroru rədd edir" mövzusunda elmi konfrans keçirəcək. Bu barədə Trend ə AZH-nin lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev vurğulayıb ki, tədbirdə islamşünas alimlər, siyasi partiya rəhbərləri və ölkəmizdə fəaliyyət göstərən islam ölkələrinin səfirliklərinin nümayəndələri və dini təşkilatların rəsmiləri də iştirak edəcək: "Dünyada fəaliyyət göstərən 82 terror təşkilatından 60-ı xristan təmayüllüdür. Ancaq hər dəfə islam faktoru qabardılır".

AZH lideri qeyd edib ki, konfransda sözügedən mövzu ilə bağlı çıxışlar və İslam dini ilə terrorun bir araya sığmadığı barədə mülahizələr dinləniləcək.

Xəbər lenti

Xəbər lenti