...

Xalq Azadlıq Partiyası "Bizim Azərbaycan" blokundan çıxmayıb

Siyasət Materials 25 Yanvar 2006 16:47 (UTC +04:00)

"Xalq Azadlıq Partiyasının (XAP) sədri Valeh Mirzəyev "Bizim Azərbaycan" blokundan çıxarılmayıb". Bu barədə Trend ə adıçəkilən blokun sədri İslam Demokrat Partiyasının lideri Tahir Abbaslı bildirib.

Qeyd edək ki, XAP sədri "Azərbaycan Yolu" Siyasi Hərəkatının İcra Aparatının rəhbəri təyin edildikdən sonra onun "Bizim Azərbaycan" blokundan çıxdığı bildirilib.

T.Abbaslı onu da qeyd edib ki, V.Mirzəyev blokun üzvü kimi fəaliyyətini davam etdirir: "Blokun əsasnaməsinə görə, partiyalar digər bloklarda yox, yalnız siyasi hərəkatlarda təmsil oluna bilər. Valeh Mirzəyev blokun iclaslarında iştirak edir".

V.Mirzəyevin özü də "Bizim Azərbaycan" blokunu tərk etmədiyini bildirib: "Fəaliyyətimi hər iki qurumda davam etdirirəm".

Xəbər lenti

Xəbər lenti