...

AŞPA Monitorinq komitəsi Azərbaycanın parlament nümayəndə heyətinin səlahiyyətləri məsələsini yenidən müzakirə edəcək

Siyasət Materials 25 Yanvar 2006 17:15 (UTC +04:00)

2006-cı ilin yanvarın 25-də Bakı vaxtilə saat 17.00-da Strasburqda AŞPA Monitorinq komitəsinin iclası başlayacaq və burada Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-da səlahiyyətləri məsələsi yenidən müzakirə ediləcək. Trend bildirir ki, Komitənin iclasından dərhal sonra AŞPA-nın qış sessiyasının üçüncü gününün gündüz iclası başlayacaq və burada da Azərbaycan nümayəndə heyətinin mandatı məsələsinə baxılacaq.

Həmin məsələ ilə bağlı müzakirələr Bakı vaxtilə təxminən saat 18.30-da keçiriləcək.

Xatırladırıq ki, Monitorinq komitəsinin dünən keçirilmiş (24 yanvar) iclası zamanı qış sessiyasının iştirakçılarına Azərbaycan parlament nümayəndə heyətinin mandatdan məhrum edilməməsinin təklif edilməsi ilə bağlı qərar qəbul edilib. Amma AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun AŞPA prezidenti Rene Van der Lindenə təkidli müraciətindən sonra Monitorinq komitəsinin yeni toplantısının keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, sessiyanın üçüncü gününün gündəliyinə həmçinin Çeçenistan Respublikasında insan haqlarının pozulmasına dair məruzə; Rumıniya prezidenti Trayan Beseskunun çıxışı; Meksika Senatının sədri Enrike Cekson Ramiresin çıxışı; totalitar kommunist rejimlərinin cinayətlərinin beynəlxalq ictimaiyyətə pislənməsi zərurəti barədə məruzə üzrə müzakirələr kimi məsələlər daxildir.

Xəbər lenti

Xəbər lenti