...

Mirmahmud Mirəlioğlu: "Partiyamızın adında dəyişikliklə bağlı bütün təkliflər təhlil ediləcək"

Siyasət Materials 25 Yanvar 2006 17:36 (UTC +04:00)

"Parptiyamızın qeydiyyat probleminin nəhayət həllini tapması üçün qurultayda lazımi qərarlar qəbul edilməlidir". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadının sədri Mirmahmud Mirəlioğolu bildirib.

O, qeyd edib ki, AXCP-nin (klassiklər) dövlət qeydiyyatına adınması üçün bu il keçiriləcək qurultayda partiyanın adında dəyişiklik edilməsi gözlənilir. Mirmahmud Mirəlioğlunun sözlərinə görə, partiyanın adında ediləcək dəyişikliklə bağlı irəli sürülən bütün təkliflərə baxılacaq: "Qeydiyyat məsələsinin həlli üçün bütün addımlar atılmalıdır. Ona görə də əvvəlcə Ali Məclisdə aparılacaq müzakirələrdə bütün təkliflər hərtərəfli təhlil ediləcək, sonra təkliflər səsverməyə çıxarılacaq. Qurultayda proses yekun həllini tapmalıdır"-deyə M.Mirəlioğlu vurğulayıb.

Partiya sədri onu da deyib ki, hazırda sərt hava şəraiti ilə əlaqədar Ali Məclisin iclası çağırılmır. Qeyd edək ki, qurultayın vaxtı partiyanın Ali Məclisinin iclasında təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti