...

AMİP-in sabiq sədri məhkəməyə veriləcək

Siyasət Materials 25 Yanvar 2006 17:56 (UTC +04:00)

"Əli Əliyevə xəbərdarlıq edilib ki, əgər özündə olan partiyanın dublikat möhüründən istifadə etsə, məhkəməyə veriləcək". Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov onu da qeyd edib ki, yanvarın 25-də Ədliyyə Nazirliyində olub: "Yanvarın 22-də keçirilən qurultayın sənədlərini (Mərkəzi Şuranın qərarı, qurultayın qərarı, nümayəndələrin imzası, səsvermənin nəticələri və qurultayın protokolu) nazirliyin əməkdaşlarına təqdim etmişəm. Sənədlərdə yalnız AMİP sədrinə etimadsızlıq göstərilib".

Ə.Əliyevdə qalan partiyanın möhürünün dublikatına gəlincə isə A.Rüstəmov bildirib: "İstifadə edəcəyi təqdirdə lazımi tədbirlər görülmək üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək".

Xəbər lenti

Xəbər lenti